Dekabrın 19-dan 21-dək “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunu keçirəcək.
AZXEBER.COM-un verdiyi xəbərə görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə keçiriləcək.
Müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunmuş Forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçiriləcək Forumda konfransda müxtəlif ölkələrin din siyasətilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların, azərbaycanşünasların, qafqazşünasların, politoloqların, tarixçilərin, xaricdən dəvət olunan alimlərin, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Azərbaycanda akkreditasiya olunmuş səfirlərin iştirakı nəzərdə tutulur.