Xırdalanda yaşayış binasında yanğın olub, 12 sakin təxliyə edildi

Xırdalanda yaşayış binasında yanğın olub, 12 sakin təxliyə edildi
SOSİAL
20:11 10.07.2024
283

Xırdalanda yaşayış binasında yanğın olub.

Bu barədə AZXRBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR