Dövlət Xidməti çağırışçılara müraciət etdi

SOSİAL
17:58 30.06.2020
557
Azərbaycanda bu ilin iyulunda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 29-da SMS vasitəsilə məlumatlandırılıblar.

Dövlət Xidmətindən AZXEBER.COM-a bildiriblər ki, bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının "Elektron xidmət” bölməsinin "Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.

Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə çağırır.

Bildirilib ki, çağırışçıların hərbi qeydiyyatda olduqları Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığı halda təyin edilən vaxtda aidiyyəti üzrə gəlmələri zəruridir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:15 04.07.2020

Leyla Abdullayeva: “Ermənistanın işğalı müvəqqəti xarakter daşıyır”

22:07 04.07.2020

Azərbaycanda koronavirusa görə 342 nəfər reanimasiyadadır

21:46 04.07.2020

"Sobsan" boya fabrikində baş verən yanğın zamanı 4 nəfər zəhərləndi

21:19 04.07.2020

8103 SMS icazə sisteminin fəaliyyəti bu inzibati ərazilərdə davam edəcək

21:01 04.07.2020

Bakıda “Sobsan” boya fabrikində dəhşətli yanğın - VİDEO

20:31 04.07.2020

Azərbaycanda indiyədək 19 801 nəfər koronavirusa yoluxub

20:16 04.07.2020

Şəmkirdə yas mərasimi belə dayandırıldı - Video

19:52 04.07.2020

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

19:50 04.07.2020

AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

18:55 04.07.2020

"Əvvəllər belə şeylər olmurdu, amma indi gənclər arasında ölüm hallarına şahid oluruq” - MÜSAHİBƏ

18:31 04.07.2020

Bakıda 544 küçə dezinfeksiya edildi

18:21 04.07.2020

“Virusun ağciyərə təsiri çox qorxuludur” - Alimdən XƏBƏRDARLIQ

17:52 04.07.2020

Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyuldu

17:41 04.07.2020

KİVDF 18 qəzetə maliyyə yardımı ayırdı - SİYAHI

17:27 04.07.2020

Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə: Bir həftədə iki qardaşı vəfat etdi

17:08 04.07.2020

Güləşçilərimizin iştirak edəcəyi dünya çempionatları bu şəhərdə keçiriləcək