Dövlət Xidmətindən çəyirtkələrlə bağlı xəbərdarlıq

Dövlət Xidmətindən çəyirtkələrlə bağlı xəbərdarlıq
SOSİAL
17:20 21.07.2017
796
Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,  kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə Dağıstan Respublikasının Babayurd, Noqay, Tarumov və Qızılyar rayonlarında 100 min hektara yaxın ərazi çəyirtkələrin hücumuna məruz qaldığı bildirilir. Bununla bağlı artıq həmin rayonlarda ziyanverici həşəratlara görə fövqəladə vəziyyət elan edilib. Artıq yerli hökumət həşəratlarla mübarizə tədbirlərini gücləndirib.

Çəyirtkə sürüsünün Azərbaycan ərazisinə keçməsi təhlükəsini nəzərə alan Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələrinin maddi-texniki bazası müvafiq tələblərə tam uyğunlaşdırılıb və çəyirtkəkimilərlə mübarizəyə maddi-texniki baxımdan tam hazır vəziyyətə gətirilib.

Dövlət Xidmətinin balansında olan maşın-mexanizmlər işlək vəziyyətdə saxlanılır ki, çəyirtkəkimilərin miqrasiyası baş verdikdə, dərhal qarşısı alınsın və kənd təsərrüfatı bitkilərinə ziyan vurmasına imkan verilməsin.

Eyni zamanda, adıçəkilən qurumlar tərəfindən Dağıstanla həmsərhəd rayonlarda və dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə mütamadi monitorinqlər həyata keçirilir və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri aparılır. Mübarizə tədbirləri zamanı əsasən "Pikap” tipli, ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyəti olan "AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilərdən istifadə olunur.

Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562-87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO