Dövlət Xidmətinin ADY barəsində qərarını məhkəmə ləğv etdi

Dövlət Xidmətinin ADY barəsində qərarını məhkəmə ləğv etdi
SOSİAL
17:28 12.07.2024
165

Ötən ay İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" QSC-yə qarşı yükdaşıma sifarişlərinin təsdiqindən əsassız imtina, törəmə şirkətlərə güzəştlərin tətbiqi nəticəsində rəqabətin məhdudlaşdırılması üzrə qanun pozuntularının aşkarlanması ilə bağlı qərar qəbul edib və icrası ilə bağlı göstəriş verib.

 

AZXEBER.COM səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, "Alliance Logistics" MMC və "Caspian Rail" MMC-nin müraciəti əsasında Dövlət Xidməti tərəfindən "pozuntu" adlandırılan məsələyə hüquqi qiymət verilməsi üçün ADY tərəfindən məhkəməyə iddia ilə müraciət edilib.

 

Diqqətə çatdırmaq lazımdır ki, yükdaşıma sifarişlərindən imtinalar əsassız olmayıb, Dövlət Xidmətinə müraciət etmiş şirkətlərin ADY-yə külli miqdarda borc öhdəlikləri olduğuna görə imtina edilib. ADY-nin borclu təşkilatların yüklərini pulsuz daşımaq kimi bir öhdəliyi olmadığını və daşımalarla əlaqədar tarif və əmsallar barədə məlumatların ADY tərəfindən eyni tarixdə bütün fraxt-agentlərə kommunikasiya və tətbiq edildiyini nəzərə alsaq, hər hansı qanun pozuntusuna yol verilmədiyini əminliklə demək olar.

 

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iki il bundan öncə də ADY-yə qarşı oxşar məzmunlu qərar və göstəriş qəbul edib. Qərarda ADY-yə qarşı onun törəmə müəssisələrinin ekspeditor fəaliyyətinin dayandırılması, ADY-nin balansında olan vaqon parkının özü tərəfindən idarə edilməsi, tarif və güzəştlərin tətbiq edilməsi mexanizminin müəyyənləşdirilməsi və s. tələblər irəli sürülüb. Həmin qərar ADY tərəfindən mübahisələndirilib və bütün məhkəmə instansiyaları tərəfindən qanunsuz hesab edilərək ləğv edilib.

 

Regionun və Avropanın əksər ölkələrinin dəmiryol administrasiyalarında olduğu kimi, Azərbaycanda da ADY-nin yükdaşımalar üzrə ekspeditor fəaliyyəti göstərən törəmə şirkətləri var. ADY bu sahədə şəffaflığı daim qoruyur və həm törəmə, həm də özəl agent-ekspeditor şirkətləri ilə vahid şərtlər, bərabər yanaşma və tariflər əsasında əməkdaşlıq edir. Həmçinin ADY-nin törəmə şirkətləri bazarda "marketmeyker" (bazar tənzimləyicisi) funksiyasını yerinə yetirir. Bununla da xidmətlərin son müştəriyə ADY-nin təqdim etdiyi tariflərdən fərqli, böyük marja ilə satılmasının, yəni süni qiymət (tarif) artımının qarşısı alınır.

 

Məhkəmə tərəfindən qəbul edilmiş qərar bu cür fəaliyyətin tam qanunauyğun olduğu və heç bir pozuntu və ya rəqabətin məhdudlaşdırılmasına yol açmadığının bariz nümunəsidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"