Dövlətə məxsus gəmilər satılır - Biri 295 min manata

SOSİAL
12:36 30.01.2025
165
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki gəmini hərraca çıxaracaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Xidmətin hərracla bağlı elanında bildirilib.

Məlumata görə, hərrac martın 4-də keçiriləcək.

İnvestorlara 1987-ci ildə istehsal edilmiş "ƏLİF HACIYEV” elmi tədqiqat gəmisi (start qiyməti 295 min manat) və 1989-cu ildə istehsal olunmuş "QRADUŞİY” təchizat gəmisi (start qiyməti 20 min manat) təklif olunacaq.

OXŞAR XƏBƏRLƏR