Dövlətə qarşı qurulmuş şəbəkənin fəaliyyəti ilə bağlı yeni detallar - Həbs olunanların etirafı

Dövlətə qarşı qurulmuş şəbəkənin fəaliyyəti ilə bağlı yeni detallar - Həbs olunanların etirafı
SOSİAL
19:27 22.03.2024
425
Toplum TV-nin qanuna zidd fəaliyyətini həyata keçirənlərlə bağlı aparılan istintaq hər ötən gün cinayət tərkibli yeni detallar üzə çıxarır. 


Hazırda Toplum TV-nin bir sıra əməkdaşları barədə həbs qətimkan tədbirləri həyata keçirilib və Cinayət Məcəlləsinin qaçaqmalçılıq da daxil olmaqla müxtəlif maddələri ətrafında cinayət işi başlanılıb.

İttihamlar sıarsında həbs olunanların jurnalistlik fəaliyyətinə dair nöqtə boyda element yoxdur. İstintaq "Toplum TV”-nin xaricdən cəlb olunmuş qeyri-qanuni qrant vəsaitləri hesabına fəaliyyət göstərdiyini əks etdirən məlumatlar ətrafında aparılır və hər gün bu kimi məlumatlar daha da zənginləşir.

APA-ya istinadən onu vurğulayaq ki, saxlanılan şəxslər çirkli pulları qrant adı altında ABŞ-nin "İnternews”, USAİD, Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", NESEHNUTİ, "People in Need" təşkilatları, həmçinin, "Beynəlxalq Fakt Yoxla Platforması", "OCCRP” və digər təşkilatlardan alıblar. Vəsaitin həcmi hələ də istinaqçılar tərəfindən hesablanmaqdadır, ilkin rəqəmlərə görə söhbət milyonlarla manatdan gedir. 

Artıq gözlənildiyi kimi, adları çirkli pulları gizli yollarla Azərbaycana ötürərərək, ölkədə siyasi qarışıqlıq yaratmaqda hallanan həmin beynəlxalq təşkilatlar "suçlu və güclü” obrazına girərək Toplum TV olayını jurnalistika ilə əlaqələndirməyə cəhd göstərirlər.

Suyu bulandırıb balıq tutmaq sevdasına düşənlər hər addımlarında çirkab bataqlığının dərinliyinə düşdüklərinin fərqinə vara bilmirlər. Faktiki onlar cinayət əməlində ittiham olunanlarla eyni kürsüdə oturmağa layqdirlər. Elə ona görə də qara-qışqırıq salaraq həqiqətin gözünə kül üfürmək istəyirlər. Faktı isə heç nə ilə basdırmaq mümkün deyil.

Fakt budur: Toplum TV-nin rəhbərliyi və əməkdaşları həmin təşkilatlardan ayrı-ayrı layihələr adı altında külli miqdarda qeyri-qanuni maliyyə vəsaiti alıblar. Bu vəsaitlər həm xarici ölkələrdə nağdlaşdırılaraq müxtəlif yollarla ölkəyə gətirilib, həm də ölkə daxilində əsas məqsədi gizli saxlanılan bank hesabları vasitəsilə nağdlaşdırılıb.

İstintaqla məlum olub ki, şəbəkə formasında həyata keçirilən bu proses zamanı qanunvericilik pozularaq, layihələrin heç biri Ədliyyə Nazirliyində qeydə aldırılmayıb. Layihələr üzrə verilən vəsaitlər isə hissələrə bölünərək, Azərbaycan, Gürcüstan və bəzi Avropa ölkələrindəki banklar üzərindən köçürmələr edilib.

Almaniyanın "Deutsche Bank and Commerzbank”, ABŞ-nin "US Citibank”, Avstriyanın "Raiffeisen Bank International”, Çexiyanın "UniCredit Bank Czech”, Gürcüstanın "TBK Group” banklarında açılmış hesablara müxtəlif xarici "donorlar” tərəfindən vəsaitlər köçürülüb. Köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nağdlaşdırılıb. Şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana gətirilib.

Hüquqi nəzarət mexanizmlərindən yayınmaq üçün şəbəkə üzvləri Gürcüstan yolundan başqa digər variantlardan da yararlanıblar. Vəsaitlərin bir qismini hissələrə bölərək, Azərbaycanda fərqli banklarda açdıqları "cari hesablar” üzərindən götürüblər. Məsələn, Belçikadakı "European Service Network” şirkəti Akif Qrbanova çatmalı olan 19 min 381 avro məbləğində vəsaiti onun Access Bankdakı hesabına yönləndirib. Ələsgər Məmmədlinin eyni bankdakı hesabına isə başqa bir ölkədən hissə-hissə, ümumilikdə 71 min avro daxil olub.

Çirkin fəaliyyətin təfərrüatı barədə bu linkdən oxumaq olar: https://qafqazinfo.az/news/detail/toplum-tvnin-qrant-qacaqmalciliginda-istirakini-tesdiqleyen-yeni-detallar-430472

Prosesin detalları barədə hüquq mühafizə orqanları tərəfindən dəqiq rəqəmlərin əks olunduğu yazılar və videolar yayılmaqdadır. Bu faktlar bird aha təsdiqləyir ki, hazırda saxlanılan şəxslərin adına müxtəlif miqdarda pul vəsaitləri gəlib və həmin pullar Toplum TV-nin redaksiyasında yerləşən Demokratik Təşəbbüslər İnstitutu, "III Respublika Platforması”nın rəhbərliyinə çatıb. Onlar da pulları dövlət əleyhinə hazırlanan planın həyata keçməsi istiqamətində xərcləyiblər.

"Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, onun qardaşı qızı Gülnaz Məmmədli, III Respublika Platformasının spikeri Akif Qurbanov, "III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli, onun həyat yoldaşı Günel Manaflı, bu qurumların əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və başqaları xaricdən gizli yolla əldə etdikləri çirkin pulların müqabilində Azərbaycan dövləti və cəmiyyəti əleyhinə xeyli işlər görübər. İstintaq onların əməllərini də üzə çıxarıb.

Əldə etdiyimiz məlumata görə həbsdə olanlar arasında cinayət əməllə törətdiklərini açıq etiraf edənlər də var.  Onların azadlıqda qalan həmkarlarının son günlər susmalarının, yoldaşlarının müdafiəsindən geri çəkilmələrinin, açıqlamalarında ittihamları konkret dəlillərlə inkar etməmələrinin də səbəbi budur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin Qazaxıstan Prezidenti ilə görüşü keçirilir
15:18 31.08.2026
İlham Əliyevin Qazaxıstan Prezidenti ilə görüşü keçirilir
Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib
15:16 31.08.2026
Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib
Bişkek görüşündə hansı məsələlər müzakirə olunacaq? – Politoloqdan açıqlama
15:09 31.08.2026
Bişkek görüşündə hansı məsələlər müzakirə olunacaq? – Politoloqdan açıqlama
Paşinyan yaxasındakı xəritə ilə nə demək istədi?
14:57 31.08.2026
Paşinyan yaxasındakı xəritə ilə nə demək istədi?
Sənədsiz ev sahiblərinə şad xəbər - Bu problem tezliklə həll ediləcək
14:55 31.08.2026
Sənədsiz ev sahiblərinə şad xəbər - Bu problem tezliklə həll ediləcək
Kolleclərə qəbul müddəti uzadıldı
14:40 31.08.2026
Kolleclərə qəbul müddəti uzadıldı
Yağıntılı hava bu tarixədək davam edəcək
14:40 31.08.2026
Yağıntılı hava bu tarixədək davam edəcək
Aparıcıdan deputata qədər: Azərbaycanda psixologiyaya maraq niyə artır?
14:37 31.08.2026
Aparıcıdan deputata qədər: Azərbaycanda psixologiyaya maraq niyə artır?
Azərbaycan-Qırğızıstan müttəfiqliyi: Bişkek səfərinin strateji gündəliyi
14:34 31.08.2026
Azərbaycan-Qırğızıstan müttəfiqliyi: Bişkek səfərinin strateji gündəliyi
Gəmi qəzasına görə 9 nəfər hakim qarşısına çıxarıldı
14:20 31.08.2026
Gəmi qəzasına görə 9 nəfər hakim qarşısına çıxarıldı
Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi - VİDEO
14:16 31.08.2026
Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi - VİDEO
Şəkidə beynəlxalq şərab turizmi konfransı keçirildi – 800-dən çox qonaq festivalda iştirak etdi
14:05 31.08.2026
Şəkidə beynəlxalq şərab turizmi konfransı keçirildi – 800-dən çox qonaq festivalda iştirak etdi
İlham Əliyevin sosial media hesablarında Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
13:57 31.08.2026
İlham Əliyevin sosial media hesablarında Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
Sentyabrın ilk günü leysan olacaq
13:38 31.08.2026
Sentyabrın ilk günü leysan olacaq
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilir - FOTOLAR
13:25 31.08.2026
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilir - FOTOLAR
Girnədə baş verən gəmi qəzasına görə 2 azərbaycanlı saxlanıldı - AÇIQLAMA
13:18 31.08.2026
Girnədə baş verən gəmi qəzasına görə 2 azərbaycanlı saxlanıldı - AÇIQLAMA