"Terrorsuz Türkiyə yalnız təhlükəsizlik layihəsi deyil, sülh, inkişaf və qardaşlığı gücləndirmə layihəsidir”.
AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Ali Yerlikaya Diyarbəkirdə "Türkiyənin Huzuru” toplantısında çıxış edərək bildirib.
Nazir vurğulayıb ki, bu prosesdə uşaqların qorxusuz böyüməsi, şəhərlərin canlanması və gənclərin terror qruplarının təsirinə düşməməsi təmin edilməlidir.
Yerlikaya həmçinin qeyd edib ki, terroru sevənlərə və propagandaya heç bir yer yoxdur və dövlətin dəyərlərinə edilən hücumlar siyasət deyil, provokasiyadır.
Şahanə Ziyad