"Həftəsonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfərlər etmiş və bu gün axşam radələrində paytaxt istiqmamətlərinə qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilmişdir”.
AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilmişdir:
”Qısa müddətdə hərəkət tam bərpa ediləcəkdir. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməmişdir”.