xari

DYP-dən cərimələrin ləğviylə bağlı müraciətə münasibət

SOSİAL
11:01 23.05.2020
1042
"Dövlət Yol Polisi əməkdaşları tərəfindən ayın 13-dək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib".

AZXEBER.COM xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlərin Yol Polisinin yazdığı cərimələrin ləğv olunması ilə bağlı Baş nazir Əli Əsədova müraciət etdiyi məktubdan danışarkən deyib. Onun sözlərinə görə, sözü gedən qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb:

"O qərarlar niyə ləvg olunmalıdır? Həmin qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb. Yaxşı olardı ki, həmin şəxslər ayın 12-nə kimi verilən qərarlara baxsınlar. Görsünlər ki, o inzibati xətalar üzrə qərarları hansı əməkdaşlar çıxarıb. Yəni, həmin qərarların bir çoxu polis sahə rəisləri, polis şöbə rəisləri, rəis müavinləri tərəfindən çıxarılıb. Yol polisi əməkdaşları tərəfindən ayın 13-dək inzibati xətalar məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib”.
Kamran Əliyev qeyd edib ki, həmin vaxtadək Yol Polisi Xidməti əməkdaşlarının həmin maddə üzrə qərar qəbul etmək səlahiyyəti olmayıb: 

"Bu səlahiyyət aprelin 13-də qüvvəyə mindi. Səlahiyyət Dövlət Yol Polisi əməkdaşlarına verildikdən sonra bizim tərəfdən həmin maddə üzrə qərar qəbul edilib”.

Qeyd edək ki, bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlər Baş nazir Əli Əsədova müraciət edib. Müraciətdə bildirilir ki, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13.04.2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmayıb. Ona görə də DYP-nin bu tarixə qədər İXM-nin 211-ci maddəsi üzrə tərtib etdiyi bütün inzibati tənbeh verməyə dair qərarları ləğv olunmalıdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:35 09.03.2021

"Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması var"

13:32 09.03.2021

DİN-dən şou əhlinin restoranlarda karantin qaydalarını pozması ilə bağlı AÇIQLAMA

13:17 09.03.2021

Koronavirusa yoluxan atasını itirən Səlimin anası da vəfat etdi - "Mənim üçün artıq hər şey bitdi"

13:02 09.03.2021

Bakıda estetik əməliyyatlar edən klinika cərimələndi

12:59 09.03.2021

Azərbaycanda daha bir sabiq məmur HƏBS EDİLDİ

12:57 09.03.2021

Yaralanandan beş ay sonra şəhid olan hərbçimiz dəfn olundu

12:56 09.03.2021

Qanunu pozan bələdiyyələr - Nazir müavini Milli Məclisdə hesabat verdi

12:38 09.03.2021

"İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər"

12:37 09.03.2021

Gürcüstanda koronavirusa təkrar yoluxma qeydə alındı

12:27 09.03.2021

Ermənistan müxalifəti bu gün yenidən meydanlara çıxacaq

12:22 09.03.2021

Türkiyə və Özbəkistan XİN rəhbərləri Qarabağı müzakirə etdilər

12:10 09.03.2021

Milli Məclisin sədri Mehriban Əliyevanı təbrik etdi

12:09 09.03.2021

Saunaya gedən müştərilər həbs edildi, masajçılar cərimələndi - Video

12:07 09.03.2021

“Hazırda əhalini Operativ Qərargahın verəcəyi qərarlar düşündürür”

11:57 09.03.2021

Pasportlarda hicablı şəkilə icazə verilsin - Ombudsmandan təklif

11:52 09.03.2021

Ordu Paşinyana güzəşt etmir: Qasparyan səlahiyyət müddətini uzatmağa çalışır