DYP-dən yollarda gizli radarların quraşdırılması iddiasına REAKSİYA

DYP-dən yollarda gizli radarların quraşdırılması iddiasına REAKSİYA
SOSİAL
11:17 17.06.2021
530
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

İdarədən verilən məlumatda deyilir:

"Bəzi şəxslər sosial şəbəkələrdə və internet saytlarda guya "yol polisi yollarda gizli radarlar quraşdırır, maksimum sürət həddini göstərən yol nişanlarını tez-tez dəyişir və ya qayda pozmasalar belə, sürücüləri cərimələyir” kimi fikirlər səsləndirirlər. Bildiririk ki, bu deyilənlərin heç bir əsası yoxdur, çünki radarlar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdir, BDYPİ-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunub və inzibati xəta törədilməsinə dair məlumatlar real vaxt rejimində elektron formada birbaşa həmin sistemə ötürülür.

Bununla yanaşı, "Yol hərəkəti haqqında” Azərbaycan Rеspublikası Qanununun tələblərinə əsasən, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.

Qeyd olunan məsafələrdə bu iki nişandan biri olduğu halda, sürücülər tərəfindən yollarda sürət həddinin aşılması kimi qayda pozuntularının aşkarlanmasında foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən (mobil və ya stasionar radarlardan) istifadə olunması həm qanunvericiliyin tələblərinə uyğundur, həm də belə inzibati xətaların qarşısının alınması üçün bu gün başqa hər hansı üsul yoxdur.

Radarların, həmçinin yollarda maksimum sürət həddini göstərən nişanların quraşdırılması bütün dünyada olduğu kimi, Azərbaycanda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, ağır qəzaların qarşısının alınmasına hesablanıb və ora heç bir müdaxilə oluna bilməz. O ki qaldı stasionar radarlardan başqa patrul avtomobillərində olan mobil radarlardan (e-patrul) yeri dəyişdirilməklə istifadə olunması, bu, dünyanın bir çox ölkəsində tətbiq edilən vasitədir. Bu metod sürücüləri yollarda arxayınlaşmaqdan çəkinməyə vadar edir. Belə ki, sürücülərin çoxu yollarda radarların yerini əzbər bildiyi üçün həmin xüsusi texniki vasitələrə yaxınlaşanda sürət rejiminə əməl edir, daha sonra isə sürət həddini aşırlar.

Belə olan halda yol polisi təhlükəsizliyin təmin edilməsi, qayda pozuntularının qarşısının alınması məqsədilə bəzən radarların yerini dəyişməyi üstün tutur. Bununla da sürücülər yol-hərəkəti qaydalarına əməl etməyə məcbur edilir. Görülən bu kimi tədbirlər sayəsində Azərbaycanda son illər yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalar zamanı ölən və yaralananların sayının azalmasına nail olunub. Nəzərə almaq lazımdır ki, statistik rəqəmlərə əsasən hər il ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin təhlili aparılarkən sürət həddinin aşılması ön sıralarda durur, yəni yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri kimi sürət həddinin aşılması danılmaz faktdır.

Xarici dövlətlər, o cümlədən beynəlxalq təşkilatlar hər il dövlətlərə çağırış edərək sürət rejiminə nəzarət edilməsinin vacibliyini önə çəkir, eyni zamanda bəzi yollarda sürət həddinin aşağı endirilməsini təklif edirlər. Göründüyü kimi, dünya səviyyəsində sürət rejiminə ciddi nəzarətin həyata keçirilməsi prioritet məsələdir. Azərbaycanda da bu istiqamətdə çox addımlar atılır.

Radardan narahat olan sürücülər ilk növbədə özlərinə sual verməlidirlər ki, əgər qayda pozulmasa, sürət həddi aşılmasa sürücü radara düşmürsə, o zaman onları narahat edən nədir? Təbii ki, intizamsız sürücülər yollarda heç bir nəzarət sisteminin olmamasını istəyirlər. Bu isə yolverilməzdir. Nəzarət olmadıqda yol-nəqliyyat hadisələrinin sayı artar, insanların həyatı təhlükəyə düşər, onlar arasında ölüm və xəsarət alma, maddi zərərə düşmə halları da çox olar.

Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri radarların mövcudluğuna görə narahat olmaqdansa, yol hərəkəti qaydalarına, eləcə də sürət rejiminə ciddi əməl etməyə çağırır və bir daha bildiririk ki, qayda pozmayan sürücü nə radara düşür, nə də əsassız cərimə olunur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - Video
10:02 25.09.2025
“Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - Video
Nazir: "ABŞ Avropaya tədarük olunan Rusiya neft-qazını tam əvəzləməyə hazırdır"
06:17 25.09.2025
Nazir: "ABŞ Avropaya tədarük olunan Rusiya neft-qazını tam əvəzləməyə hazırdır"
Aİ Ukrayna üçün 130 milyard avro kredit hazırlayır
04:02 25.09.2025
Aİ Ukrayna üçün 130 milyard avro kredit hazırlayır
Netanyahu: Digər ölkələrin Fələstini tanıması İsraili heç nəyə məcbur etməyəcək
02:52 25.09.2025
Netanyahu: Digər ölkələrin Fələstini tanıması İsraili heç nəyə məcbur etməyəcək
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
01:25 25.09.2025
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
23:51 24.09.2025
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
23:38 24.09.2025
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
23:24 24.09.2025
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
23:16 24.09.2025
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
23:12 24.09.2025
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
22:57 24.09.2025
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
22:47 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
22:26 24.09.2025
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
22:20 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
22:13 24.09.2025
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
22:05 24.09.2025
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb