DYP XƏBƏRDARLIQ ETDİ - Bu sürücülər 150 manat cərimələnəcək

DYP XƏBƏRDARLIQ ETDİ - Bu sürücülər 150 manat cərimələnəcək
SOSİAL
12:25 17.01.2024
349
Bakıda sürücülərin yollarda tez-tez rastlaşdığı xoşagəlməz hallardan biri də əks istiqamətdə hərəkət edərək digərinin qarşısını kəsmə hallarıdır. 

Sürücülərin əks yola çıxmaq istəyi tıxacda qalmamaq və mənzilbaşına tez çatmaq məqsədi daşısa da, bunu etdikləri halda ən yaxşı halda bir neçə sürücünün qarşısını kəsir, ən pis halda isə qəza, tıxac və oxşar hadisələrə səbəb olurlar. 

Sosial şəbəkədə yayılan görüntülərdə daha bir qrup sürücünün əks yola çıxma halları müşahidə olunub. Əks yola çıxan maşınlar faktiki olaraq digər istiqamətdə gedən sürücüyə hərəkət etməkdə çətinlik yaradıblar. 

Bəs, bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə cərimələr nəzərdə tutulubmu? Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, nəqliyyat vasitələri əks istiqamətli nəqliyyat axını hərəkət zolağına keçərək qaydanı kobud pozmuş olublar: "İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, bu kimi hallara görə 4 cərimə balı yazılır və 150 manat cərimə tətbiq edilir. Bu sürücülər anlamalıdır ki, bu kimi qayda pozuntularına yol verməklə həm özləri, həm digər sürücülər, həm də piyadaların həyatlarını riskə atmış olurlar. 

Bu gün qəzaların baş verməsinin əsas səbəblərindən biri də sürücülərin əks istiqamətdə hərəkət zolağına çıxmasıdır ki, bəzən həmin yerlərdən piyadalar çıxır. Eləcə də digər sürücülərin haqlı narazılığına səbəb yaradır. Hətta bu kimi qayda pozuntuları tıxacların yaranmasına da səbəb olur. 

Həmin sürücülər DYP əməkdaşları, eləcə də xüsusi texniki vasitələr tərəfindən aşkarlandığı təqdirdə qanunla müvafiq tədbirlər həyata keçirirlir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda xeyriyyə adı ilə toplanan pullara kim nəzarət edir?
17:17 20.07.2026
Azərbaycanda xeyriyyə adı ilə toplanan pullara kim nəzarət edir?
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
17:13 20.07.2026
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
17:06 20.07.2026
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
16:55 20.07.2026
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
16:52 20.07.2026
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
Fərid Şahbazlı Qazaxıstanda beynəlxalq mükafata layiq görüldü - FOTOLAR
16:48 20.07.2026
Fərid Şahbazlı Qazaxıstanda beynəlxalq mükafata layiq görüldü - FOTOLAR
Gözəllik naminə hansı riskləri gözə alırıq? - Plastik əməliyyatların görünməyən tərəfi
16:46 20.07.2026
Gözəllik naminə hansı riskləri gözə alırıq? - Plastik əməliyyatların görünməyən tərəfi
“Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabının təqdimatı keçirildi - FOTOLAR
16:43 20.07.2026
“Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabının təqdimatı keçirildi - FOTOLAR
Qaradağda oğurluq edən 3 nəfər saxlanıldı
16:27 20.07.2026
Qaradağda oğurluq edən 3 nəfər saxlanıldı
Əfqan Cəlilov donanma rəisini vəzifəsindən azad etdi
16:18 20.07.2026
Əfqan Cəlilov donanma rəisini vəzifəsindən azad etdi
Qarabağa köçən gənc ailə: “İki insan əl-ələ verəndə çox gözəl həyat yarada bilir” - VİDEO
15:59 20.07.2026
Qarabağa köçən gənc ailə: “İki insan əl-ələ verəndə çox gözəl həyat yarada bilir” - VİDEO
Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA
15:47 20.07.2026
Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA
HƏMAS-ın yeni lideri bəlli oldu
15:41 20.07.2026
HƏMAS-ın yeni lideri bəlli oldu
Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
15:37 20.07.2026
Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
15:35 20.07.2026
TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
“Azərsun Holdinq”in dəstəyi ilə “Mediada Azərbaycan dili” kitabı nəşr olunub
15:29 20.07.2026
“Azərsun Holdinq”in dəstəyi ilə “Mediada Azərbaycan dili” kitabı nəşr olunub