Türkiyə Millisinin voleybolçusu Ebrar Karakurt "Lokomotiv Kalininqrad” forması ilə Rusiya Qadınlar Voleybol Liqasında çempionluq sevincini yaşayıb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, final seriyasının son matçında rəqibini 3:1 hesabı ilə məğlub edən komanda adını liqa tarixinə qızıl hərflərlə yazıb.
Gərgin mübarizə şəraitində keçən Rusiya Liqasının finalında Ebrar Karakurt son setdə vurduğu kritik xalla komandasını zirvəyə daşıyıb.
Bu qələbə Karakurtun xaricdəki karyerasında ilk kuboku kimi qeydə alınıb.
Aysel