Ebru Gündeş boşanacağı barədə yayılan xəbərdən danışdı

DÜNYA
13:12 07.10.2015
1473
“Sosial şəbəkədə hər kəs mənim haqqımda yazır”.
Müğənni Ebru Gündeş həyat yoldaşı Rza Zərrabdan boşanacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gündeşin həmkarı və rəfiqəsi Lerzan Mutlu Beyaz TV-də yayımlanan “Söylemezsem olmaz” proqramında bunları deyib:
“Ebru ötən gecə saat 11 radələrində mənə zəng edib dedi: “Sosial şəbəkədə hər kəs mənim haqqımda yazır, amma üzümdə heç nə yoxdur. Qaşlarımı köhnə halına qaytarmışıq. Saçımda isə qaynaq var. Boşanacağımız xəbərləri də yalandır””.
Daha sonra Lerzan Mutlu “Ebru Gündeş mənim ən yaxın rəfiqəmdir, belə bir şey olsa idi, bunu ilk mən bilərdim”,- deyə sözlərinə əlavə edib.
OXŞAR XƏBƏRLƏR