Ebru Gündeşin məhkəmə ərəfəsində olan əri Rza Zərrabdan boşanacağı barədə dedi-qodu yayılıb
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyəli müğənni ərinin aldığı Kanlıcadaki villasından köçməsi, səhnəyə 150 min dollarlıq üzüyünü taxmadan çıxması şaiyələrin daha sürətlə yayılmasına səbəb olub.
Bu barədə Ebrunun rəfiqəsi müğənni Yeşim Salkım açıqlama verib " Ebru Gündeş mənə bacı kimidir, şənbə günü birlikdə idik, danışdıq. Qadınlar fəqli üzüklər taxır və Ebru da fərqli aksessuarlar istifadə edən biridir. Ona görə də üzüyünü taxmadan çıxıb deyə bir şey yoxdur. Həm də o, bu ərəfədə qızının atasını tək qoyacaq biri deyil.”
Leyla Rəhimli