Ebru Gündeş 14 yaşlı qızı Alaranın gələcəyini təmin etmək üçün İstanbulun Beykoz Kanlıca bölgəsindəki villasını ona hədiyyə edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, villanın təxminən 250 milyon TL (9 milyon 750 min manat) dəyərində olduğu bildirilib.
Sənətçinin Dubayda yaşamaq qərarı verdiyi iddia olunub.
Xatırladaq ki, Gündeş ötən həftə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən xüsusi tədbirdə ərəb dünyasının ulduzlarından biri olan suriyalı müğənni Əssala Nəsri ilə birlikdə səhnədə çıxış edib. Bir saatlıq çıxışdan 20 milyon lirə (780 min manat) qazanan sənətçi ərəblərin diqqət mərkəzinə düşüb.
Aysel










































