Ebru Gündeşin həyat yoldaşı iş adamı Rza Zərrab necə zəngin oldu? – Gizli qalan faktlar

Ebru Gündeşin həyat yoldaşı iş adamı Rza Zərrab necə zəngin oldu? –  Gizli qalan faktlar
DÜNYA
00:01 20.12.2013
7053

Türkiyədə olduğu qədər Azərbaycanda da gündəmi məşğul edən məsələlərdən biri azərbaycanlı iş adamı Rza Zərrabın Türkiyədə keçirilən “Böyük rüşvət” əməliyyatları zamanı həbs edilməsidir. Belə ki, o İrandan böyük miqdarda maliyyə vəsaitinin Türkiyəyə şübhəli transferi, külçə qızılların qaçaqmalçılığı, saxta sənədlər hazırlamaq, vəzifəli şəxslərə rüşvət vermək kimi ağır cinayətlərdə ittiham edilir.

Bəs, Rza Zərrab kimdir və o qısa zamanda bu qədər sərvəti necə əldə edib?

AZXEBER.COM portalı olaraq bütün bu suallara cavab tapmaq məqsədi ilə Rza Zərrabın həyatına aid bir sıra vacib faktları təqdim edirik:

Rza Zərrab 1984-cü ildə Bakıda anadan olub.

Zəngin bir ailənin uşağı olması səbəbindən ilk dəfə 14 yaşından etibarən ticarət ilə məşğul olmağa başlayıb və bacarığı ilə ailəsinin sərvətinə sərvət qatıb.

Qısa zamanda öz biznes şəbəkəsinə quran Rza çox qısa zamanda böyük əlaqələr qurmağa başlayıb. Əsasən qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Zərrabın qızıl işində daha çox peşəkar olduğu deyilir.

Hətta onun öz şəxsi pulunun bir çox hissəsini qızıla yatırdığı da inkar edilmir.

Bir müddət sonra Rza qardaşı Məhəmməd Zərrab ilə birlikdə İstanbulda "Royal Dənizçilik və Sənaye Maşın Sənaye Ticarət MMM." adlı şirkət qurur və 27 Oktyabr 2011-ci ildə qızıl alverində də adına əlavə edir. Şirkətin yeni adı bu tarixdən etibarən "Royal Dənizçilik Sənaye Maşın və Qiymətli Mədənlər Sənaye Ticarət MMM." olaraq dəyişdirilir.

Bu sahə üzrə yeni investisiyalar yatıran iş adamı “Royal Holding”i yaradır və 2012-ci ilin sonlarına yaxın Türkiyədə qızıl biznesinin 46%-nə nəzarət etməyə başlayır.

Deyilənlərə görə,“Royal Dənizçilik və Sənaye Maşın Sənaye Ticarət MMM."in adının bir müddət sonra “Royal Holding”lə dəyişdirilməsi şirkətin sahiblərindən biri olan Turgut Happani adlı iş adamının adının rüşvətdə hallanması və 2011-ci ilin noyabr ayında İstanbul Atatürk Havalimanında həbs edilməsi olub.

Rza Zərrab bu müddət ərzində Türkiyənin tanınmış adlarından birinə çevrilir və hətta onun adı maqazin gündəminə qalmaqallı xəbərlərdə də çəkilir. Gəmi sahibi, zərgərlik, neft ticarəti kimi işlərlə məşğul olan məşhur iş adamı Əbru Gündeş ilə evlənir. Bundan öncə isə o Azəri qızı Günellə bir müddət nişanlı qalır və ani bir qərarla Gündeşle evlənmək istədiyini açıqlayır.

Türkiyədə yayımlanan bəzi qəzetlərin iddialarına görə, Zərrab evlənmə prosesini belə əvvəlcədən planlaşdırıbmış. Belə ki, Azəri qızı Günellə ilk dəfə adı hallanan Zərrabın daha sonra Ebru Gündeşlə evlənməsi onu ictimaiyyət arasında daha da maraqlı bir şəxsə çevirib. Bundan istifadə edən 29 yaşlı iş adamı məmurlarla və onların övladları ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Çünki istər Türkiyədə, istərsə də Azərbaycanda məmur övladları ilə daha çox şou əhlinin toplaşdığı məkanlarda rastlaşmaq imkanı əldə edirsən.

Zərrabınson işi Türkiyənin məşhur “Trabzonspor” klubuna sponsor olması olub. Klubun büdcəsinə 3 milyon lirə yatıran Zərrab sözügedən klubla 2013-2014-cü illər arası sponsorluq müqaviləsi imzalayıb.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
11:52 07.08.2026
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
11:47 07.08.2026
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
11:29 07.08.2026
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
11:21 07.08.2026
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
11:19 07.08.2026
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
11:06 07.08.2026
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
11:01 07.08.2026
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10:59 07.08.2026
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
10:42 07.08.2026
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
10:36 07.08.2026
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
10:29 07.08.2026
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?
10:24 07.08.2026
Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
09:55 07.08.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Daha bir gənc suda boğularaq öldü
09:43 07.08.2026
Daha bir gənc suda boğularaq öldü
Tailandda məktəbdə atışma: Ölənlər var
09:33 07.08.2026
Tailandda məktəbdə atışma: Ölənlər var
İki nəfərin meyitinin aşkarlandığı evin qəsdən yandırıldığı iddia olunur - VİDEO
09:21 07.08.2026
İki nəfərin meyitinin aşkarlandığı evin qəsdən yandırıldığı iddia olunur - VİDEO