Əbu-Dabi danışıqlarında Rusiya nümayəndə heyətinə yenə QRU rəisi rəhbərlik edəcək

Əbu-Dabi danışıqlarında Rusiya nümayəndə heyətinə yenə QRU rəisi rəhbərlik edəcək
DÜNYA
19:55 03.02.2026
473
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı Əbu-Dabidə danışıqlarının ikinci mərhələsinin 4-5 fevral tarixlərində baş tutacağını təsdiqləyib.

Kremlin sözçüsü Əbu-Dabi danışıqlarında Rusiya nümayəndə heyətinin tərkibinin dəyişməz qaldığını, nümayəndə heyətinə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukovun rəhbərlik edəcəyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarının ikinci raundu fevralın 1-də keçirilməli idi. Lakin görüşün vaxtı sonradan fevralın 4-5-nə keçirilib.
 
///apa
OXŞAR XƏBƏRLƏR