Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəlilabad şəhərində Lənkəran şəhər, Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
AZXEBER.COM-un nazirliyə istinadən verdiyi xəbərə görə, qəbul sentyabr ayının 6-da, saat 11:00-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 242) baş tutacaq.