Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edəcək

MƏDƏNİYYƏT
18:08 12.12.2016
1841
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 16-da Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.
 
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbulda Şirvan şəhəri, Hacıqabul, İmişli, Saatlı, Sabirabad və Füzuli rayonlarından olan vətəndaşlar iştirak edəcək. Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə qəbula yazıla bilərlər.

OXŞAR XƏBƏRLƏR