Əbülfəz Qurbanlının istefasının əsl səbəbi və ya müxalif gənclərin 'iç üzü' - TƏHLİL

GƏNCLİK
16:45 23.08.2012
4174

Gənclər sektorunda son günlərin ən aktual məsələsi AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının qəfildən istefa verərək vəzifədən getməsidir. Qurbanlı siyasətdən getdiyini bildirərək bu barədə heç kimin ondan heç nə soruşmamasını istəyib. O, həmçinin bəzi təşkilatların ona qarşı hörmətsizlik etdiyini də açıqlayıb. Qurbanlı bu haqda statusunda yazıb: "Bu adamlarla çox çətindir. Adam Elçibəydən, Kərimlidən, başqasından olmalıdır ki, bunlara dözə bilsin. Allah qoymasa, Gənclər Komitəsinin sədriyəm deyə bunlar təhqir edəndə, söyəndə, gəlib əl qaldıranda mən dözməliyəm. Yanimdakılara- cəbhəçi gənclərə təzyiq etməliyəm ki, susun. Çünki, bizim ictimai sektor ərköyün imiş”. Əbülfəz Qurbanlını kim döyüb? Statusundan da göründüyü kimi Əbülfəz Qurbanlı öz “dostlar”I tərəfindən döyüldüyünü, təhqir olunduğunu deyir. Bəs görəsən Qurbanlını döyüb, təhqir edən kimdir? AZXEBER.COM-a bu haqda məlumat daxil olub. Məlumata görə, Əbülfəzi döyən “Nida” Gənclər Təşkilatının üzvü Zaur Qurbanlıdır. O özü bu haqda status yazıb: “Zaur Qurbanlı mənə zəng etdi və görüşüb söhbət etmək istədiyini bildirdi. Razılaşdım və dedim ki, ikimiz oturaq söhbət edək. “Venesiya” kafesində görüşdük. Kabinetdə oturduq. Qapını möhkəm-möhkəm bağladı. Mənə dedi ki, mən Kaktusa demişəm ki, gedib Əbülfəzi vurub gələcəm. Bir neçə dəfə təmkinli olmağı, bunun ona yaraşmadığını və danışmağı təklif etdim. Dediklərimə məhəl qoymadan söyə-söyə üzərimə yeridi, köynəyimin yaxasına əl atıb cırdı, vurmağa çalışdı. Mənsə dava etmək fikrində olmadığıma və bunu səviyyəsiz bildiyimə görə, sadəcə, müqavimət göstərdim. Onun mənimlə dartışmağı 4-5 dəqiqə çəkdi. Sonradan mənə aydın oldu ki, Zaur öncədən gəlib kabineti danışıb, stəkan-filan qırılacağını nəzərə alıb pulunu ödəyib və səs-küy olarsa, kafe işçilərinə kabinetə gəlməməyi deyib. Ayrıca, onun 50 cəbhəçi gəncin Kaktusu söyüb-filan deməsi yalandır. Etibar Salmanlının bizə aid statusunda Kaktus məni və cəbhəçi gənclərdən birini təhqir edib. Qarşılıqlı olaraq cavabı verilib. Zaur özü bir müddət öncə cəbhəçi xanımlardan birini ələ salıb, telefonla ona bunun düz olmadığını demişəm, davaya çağırmamışam. Ondan sonra Kaktus məni və digər cəbhəçiləri təhqir edib. Və mən bunu yazmaq fikrində deyildim, qarşı tərəfi özümüzə güldürməmək üçün. Onun yazdığını görüb əsl həqiqətdən hamının xəbəri olsun. Bundan əvvəl isə o başqa gənclərlə belə davalar edib. Solçuların onu döyməsini yazmışdı, mənsə ona dəstək olanlardan biri olmuşam, solçuları, görünür nahaq yerə qınamışam. Tələb edirəm ki, Zaur Qurbanlı məndən etdiklərinə görə üzr istəsin”. Kaktus kimdir?

Əbülfəz Qurbanlının statusda adını çəkdiyi “Kaktus” haqda da AZXEBER.COM-a məlumat daxil olub. Məlumata görə, “Kaktus” Zaur Qurbanlının istədiyi qız, müxalifətçilərin dili ilə desək “girl friend”idir. Mübahisəyə səbəb Əbülfəzin “facebook”da “İstefa” və “Xilas” qruplarında “Kaktus” a fahişə deməsi olub. Bu yazını görən Zaur Qurbanlı Əbülfəzi “razborka”ya çağırıb və söhbəti “vorovskoy mir” üslubunda həll edib. Əbülfəz Qurbanlı niyə istefa verib?

Əbülfəzin istefasına səbəb təkcə bu deyil. Məlumata görə, Qurbanlı döyülməsindən sonra AXCP funksionerlərinin yanına gəlib və tələb edib ki, AXCP dərhal NİDA əleyhinə bəyanat yaysın və ondan üzr istənsin. Ancaq partiya rəhbərliyi Əbülfəzin sözünü ciddiyə almayıb və bildirib ki, belə qərar verməyəcəklər. Meydanda tək qaldığını görən “gənc lider” özünü Əbülfəz Elçibəylə müqayisə edib və deyib ki, “mən onun kimi tək qalıb mübarizə apara bilməyəcəm, mənim buna gücüm yoxdur”. Elə məhz Əbülfəz Elçibəyin vəfat günü də onun adaşı siyasətdən getdiyini açıqlayıb. Əbülfəzin az qala bütləşdirdiyi liderləri onun bu qərarına heç bir münasibət bildirməyiblər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının açıqlamasından məlum olub ki, onlar da Əbülfəzə “getmə” deməyəcəklər.

Müxalif gənclərin “demokratiya” anlayışı Bu gün “Azadlıq” qəzetində “Rusiya, Ukrayna və Azərbaycanda növbəti nəsil” kitabı haqda geniş məqalə yazılıb. Kitabının müəllifinin hər üç ölkədə gənclər hərəkatları və onların siyasi proseslərə təsir imkanları haqda fikirləri qəzetdə yer alıb. Məqalə bildirilir ki, Azərbaycan kimi ölkələrdə gənclərə təzyiq var və onlar bu səbəbdən istədiklərini edə bilmirlər və sosial şəbəkələrdə təşkilatlanırlar. Görəsən, kitabın müəllifi Azərbaycanda müxalif cəbhədə olan hadisələrdən xəbərdarmı? Artıq bir neçə aydır ki, “facebook” sosial şəbəkəsində müxalif gənclər arasında “vətəndaş müharibəsi” gedir, demək olar ki, gənclərin söyülməyən yaxını, tanışı, qohumu qalmayıb. “Nida”, “AXCP”, “Müsavat” gəncləri bütün günü bir-birləriylə “didişirlər”. Gənclərin bir-birinə nifrət o qədərdir ki, bir-birlərinə şər, böhtan atmaq üçün özlərini ən son yola belə qoyurlar.

Əbülfəz Qurbanlının son olayı da onu göstərdi ki, bu gün özünü “demokrat” deyən gənclər əslində “vor aləminin qayda-qanunlarıyla” yaşayır. Zaur Qurbanlının Əbülfəzi qapılı restorana çağırıb, onu vəhşicəsinə döyməsi nə vaxtdan demokratiya olub bəylər? Əgər bu gün müxalif qəzetlərin “ideal” göstərdiyi gənclər sizsizsə o zaman bizim müxalifət heç bir zaman “pivə masası”ndan irəli getməyəcək.

OXŞAR XƏBƏRLƏR