Çeçenistan lideri Kadırov təhlükədə olduğunu açıqladı

Çeçenistan lideri Kadırov təhlükədə olduğunu açıqladı
DÜNYA
13:25 22.05.2023
184
"Qərb və Ukrayna kəşfiyyat xidmətləri mənə qarşı terror aktları hazırlayır".

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov "Rossiya 1” televiziyasına Qərb kəşfiyyat xidmətlərinin ona qarşı terror aktları hazırladığını bildirib:

"Onlar məndən qurtulmaq üçün hər şeyi edirlər. Avropanın xüsusi xidmət orqanlarının Ukrayna xidmətləri vasitəsilə mənə qarşı terror aktları hazırlaması barədə məlumatlar var. Hər halda, biz qalib gələcəyik. Ölsək, qalib gələcəyik. Sağ qalsaq, 100 faiz qalib gələcəyik və heç bir halda onların istədikləri olmayacaq”, -deyə o vurğulayıb.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR