Çeçenistanda güc strukturlarının qərargahlarına kütləvi dron hücumu olub

Çeçenistanda güc strukturlarının qərargahlarına kütləvi dron hücumu olub
DÜNYA
18:43 02.12.2025
74
Bu gecə Çeçenistanda hərbi və güc strukturlarının qərargahlarına qarşı növbəti kütləvi dron hücumu baş verib.

Bu barədə "RBK-Ukraina” yerli sakinlərin sosial şəbəkədə hücumun nəticələrini əks etdirən foto-video materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, hücumlar Qudermes və Açxoy-Martan rayonu ərazilərində qeydə alınıb.

Sosial şəbəkələrdə sürətlə yayılan fotolarda Federal Təhlükəsizlik Xidmətinin Açxoy-Martanda yerləşən binasında hücumdan sonra ciddi dağıntıların olduğu görünür.
 
///apa
OXŞAR XƏBƏRLƏR