Qarabağa səfər edən dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun üzvləri Cıdır düzündə olublar.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Cıdır düzündən Şuşa şəhərinin mənzərəsini seyr edən səyyahlar xatirə fotoları çəkdiriblər.
Qeyd edək ki, səyyahlar Qarabağ və Şərqi Zəngəzur səfəri çərçivəsində Füzuli rayonundan sonra Şuşaya gəliblər. Səyyahlar qrupu 30 nəfərdən ibarətdir, onlardan 9-u dünyanın bütün - 193 ölkəsində olublar.



