“ECS Xaricdə Təhsil Mərkəzi”ndən türkiyəli tələbənin şikayəti ilə bağlı - AÇIQLAMA

“ECS Xaricdə Təhsil Mərkəzi”ndən türkiyəli tələbənin şikayəti ilə bağlı - AÇIQLAMA
SOSİAL
17:47 21.01.2026
544
Bakıda faəliyyət göstərən təhsil şirkətlərindən birindən şikayət edilib. 

Türkiyəli tələbə Qonca Gül Kocaman iddia edib ki, Makedoniyada yerləşən universitetdən Türkiyənin universitetlərindən birinə köçürülmək məqsədilə təhsil şirkətinə müraciət edib. 

Tərəflər müəyyən pul müqabilində öz aralarında razılaşıblar və şikayətçi pulun yarısını ödəyib. Amma şirkət bunun müqabilində heç bir iş görməyib:

"Məndən 23 000 dollar tələb etdilər. Məbləğin 11 500 dollarının prosesdən əvvəl, qalanının isə proses başa çatdıqdan sonra ödənilməli olduğunu dedilər. Lakin bir il ərzində müxtəlif vaxtlarda hissə-hissə ödəniş etdim. Nəticədə 3 000 dollar artıq olmaqla, ümumilikdə 16 000 dollar ödəniş almalarına baxmayaraq, heç bir əməliyyat aparılmadı. Sonradan isə bildirdilər ki, əgər bu məsələni ictimailəşdirsəm və ya rəsmi qurumlara müraciət etsəm, Türkiyədə barəmdə məhkəmə işi açılacaq", - deyə şikayətçi bildirib.

AZXEBER.COM mövzu ilə bağlı ECS Xaricdə Təhsil Mərkəzinin direktoru İfrat Göyüşov ilə əlaqə saxlayıb. 

O qeyd edib ki, bu məsələnin Azərbaycandakı şirkətləri ilə heç bir əlaqəsi yoxdur: 

"Türkiyə vətəndaşı qeyd edir ki, guya Azərbaycan ofisində bağlanan 23 min dollarlıq müqavilə var. Amma ümumiyyətlə, bu məsələnin Azərbaycandakı şirkətimizə heç bir aidiyyəti yoxdur. Biz həm Türkiyədə, həm də Azərbaycanda vergi ödəyicisiyik. Əgər həmin müqavilə Azərbaycanda bağlansaydı və Azərbaycan şirkətimiz üzərindən həyata keçirilsəydi, həmin zaman kimsə tələbənin dələduzluğa məruz qaldığını deyə bilərdi. Ancaq bu məsələnin "ECS Xaricdə Təhsil Mərkəzi” ilə heç bir əlaqəsi yoxdur.

Şirkətin direktoru deyib ki, tələbə ödənişi edə bilmədiyinə görə transferi alınmayıb: 

"Tələbənin mesajları var və o, dəfələrlə yazıb ki, ödənişi edə bilmir. Ödənişi edə bilmədiyinə görə də proses məcburi dayandırılıb. Bu bizdən asılı olan məsələ deyil, universitetin şərtidir. Bu, tələbənin məsuliyyətsizliyi və müqaviləni düzgün oxumamasından qaynaqlanan haldır. Müqavilədə bununla bağlı bəndlər var".

İfrat Göyüşov qeyd edib ki, məsələ hüquq mühafizə orqanları tərəfindən də araşdırılıb: 

"Məsələ ilə bağlı Nərimanov rayonunun 18-ci Polis Bölməsi tərəfindən araşdırılma aparılıb. Hadisə Azərbaycan Respublikasının ərazisində baş vermədiyi üçün cinayət işinin başlanması rədd edilib. Bununla bağlı rəsmi qərar var”.  

O deyib ki, şikayətçi onları media ilə təhdid edib: 

"Xanım bizə dəfələrlə deyib ki, sizi mediada biabır edəcəm. Əslində isə hadisənin Azərbaycana aidiyyatı yoxdur. Ancaq çox təəssüflər olsun ki, bəzi KİV-lərin süjetində hadisə sanki Azərbaycanda baş veribmiş kimi təqdim olunub. Bu isə Azərbaycandakı şirkətimizin işgüzar nüfuzuna zərər vurur. Sosial şəbəkələrdə blogerlər və influencerlər də bilmədən şirkəti qınayır, mənfi rəylər yazırlar. Məsələ ilə bağlı vəkilimiz vasitəsilə məhkəməyə müraciət etmək niyyətindəyik. Çünki burada hüquqlarımız pozulub”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda