Ədalət Şükürov BNA-nı sərt tənqid etdi: “Mərkəzdə fırlanıb pul yığırlar” - VİDEO

Ədalət Şükürov BNA-nı sərt tənqid etdi: “Mərkəzdə fırlanıb pul yığırlar” - VİDEO
SOSİAL
15:04 30.01.2020
3026

Əməkdar artist Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyini (BNA) sərt şəkildə tənqid edib.

AZXEBER.COM BAKU.WS-a istinadən xəbər verir ki, müğənni bu barədə video çəkərək "İnstagram” hesabında paylaşıb.

Müğənni bildirib ki, yol hərəkətinə nəzarət BNA-ya veriləndən sonra pisləşib.

"Əziz dostlar, mən indi 20 Yanvar dairəsindəyəm. Yarım saatdır, burda tıxacdayam. Bakı Nəqliyyat Agentliyi təzə bir "yem” tapıb.

Bunlar heç nə etmirlər, oturublar maşında, kameraları qoyublar, mərkəzdə fırlanırlar və pul yığırlar. Bunların başqa işi yoxdur.

Mən bilmirəm, BNA nə ilə məşğuldur, amma bundan başqa heç nə ilə məşğul olmurlar. 20 Yanvar dairəsində bir dəfə də görməmişəm onları. Maarifləndirmək yoxdur.

Uzun vaxtdan sonra hələ "20 yanvar” dairəsindən çıxıram. Sağ olsunlar, Dövlət Yol Polisi həmişə burda fəaliyyət göstərir. Onlar olmasa nə olar? BNA ancaq pul yığır”, - deyə Ədalət Şükürov videoda bildirib.

Həmin videonu təqdim edirik:

OXŞAR XƏBƏRLƏR