Edama hazırlaşan cani ürəyini bacısına verdi

DÜNYA
16:19 14.11.2013
1155

Amerikanın Oqayo ştatı rəhbərliyi uşağı zorlayan və qətlə yetirən Ronald Fillipsin edamını təxirə salmaq qərarına gəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, buna cinayətkarın orqan donoru olmaq qərarına gəlməsi səbəb olub.Cinayətkar ürəyini bacısına, böyrəyini isə anasına vermək istəyir. Çünki onların bu orqanlarla bağlı ciddi problemləri var. O həmçinin yerdə qalan orqanlarını da digər ehtiyacı olanlara verməyə hazırdır.“Ronald Fillips çox pis cinayət törədib və buna görə onu ölüm hökmü gözləyir. Mən başa düşürəm ki, bu Oqaya ştatı üçün bir qədər səciyyəvi hal deyil. Lakin onun öz orqan və toxumalarını qurban verməyə hazır olması digər insanların həyatını xilas edə bilər, biz buna izn verməliyik”, - deyə ştat qubernatoru Con Kasiç bildirib.Fillips 1993-cü ildə məşuqəsinin üç yaşlı qızını zorlamaqda və öldürməkdə ittiham olunur. O bu gün, noyabrın 14-də edam olunmalıdır.

OXŞAR XƏBƏRLƏR