Ədən körfəzi yaxınlığında gəmiyə hücum edilib

Ədən körfəzi yaxınlığında gəmiyə hücum edilib
DÜNYA
19:25 24.01.2024
161
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmən sahillərində gəmiyə hücum edildiyini açıqlayıb.

Bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, hadisə Yəmənin Ədən limanından 45 dəniz mili cənubda baş verib.

"Səlahiyyətlilər araşdırmalar aparır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, - məlumatda qeyd edilib.

Koordinasiya Mərkəzi hadisəni hücum kimi təsnif edərək, bu barədə məlumatın gəminin kapitanından alındığını bildirib.
 
 
///Report
OXŞAR XƏBƏRLƏR