Edinson Kavaninin yeni klubu müəyyənləşdi

İDMAN
18:10 29.08.2022
297
İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan Edinson Kavaninin yeni klubu müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 35 yaşlı hücumçu İspaniyanın "Valensiya" klubu ilə anlaşıb. Uruqvaylı forvardla gün ərzində 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Edinson Kavani 2020-ci ildən "qırmızı şeytanlar"da çıxış edib.
OXŞAR XƏBƏRLƏR