Ötən gün Edis və Zeynep Bastıkla bağlı şok iddia gündəmə gəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur müğənnilərin 3 konsert üçün müqavilə bağlayaraq 13 milyon TL ödədiyi, lakin sənətçilərin konsertə gəlmədiyi və pulu qaytarmadığı iddia edilib.
Məsələ ilə bağlı ilk açıqlama Edis və Bastık tərəfdən gəlib.
Müğənnilərlə əməkdaşlıq edən 3 şirkətdən biri Edis və Zeynep Bastıka 3 konsert vermək üçün 400 min Avro (təxminən 13 milyon TL) ödədiklərini, hər iki sənətçinin sosial media hesablarında konsertlərini ləğv etdiklərini açıqladıqlarını bildirib. Şirkət həmçinin açıqlamasında deyir:
"Buna görə də konsert məkanlarına təzminat ödəməli, bilet pulunu qaytarmalı olduq. İki sənətçi nəinki bizə zərər vurdu, həm də aldıqları qonorarı qaytarmamaqla haqsız üstünlük əldə etdilər".
Xəbərin ardından Edis və Zeynep Bastıkın mətbuat müşaviri Özgür Arasın mətbuata açıqlamasında iddialar təkzib edilib. O, öz açıqlamasında aşağıdakı ifadələri söyləyib:
"Bu günlərdə bəzi mətbuat orqanlarında sənətçilər Zeynep Bastık və Edis Görgülü ilə bağlı əsassız və reallığa uyğun olmayan iddialar, xəbərlər yayılmaqdadır. Bu iddiaların mövzusu olan xəbərlərin şəxsi hüquqlarımıza , nüfuzumuza xələl gətirmək məqsədi ilə verildiyi aydındır. Bu vəziyyət isə bizi olduqca yorur. Avropanın müxtəlif şəhərlərində və müxtəlif günlərdə təşkil olunacaq konsertlər üçün "Streetlife" adlı şirkətlə müqavilələr imzalanıb. Lakin müqavilələrə əsasən keçirilməsi razılaşdırılan konsertlər "Streetlife” şirkətinin müraciəti və bəzi haqsız bəhanələr və əsaslandırmalar əsasında bu şirkət rəsmilərinin göndərdiyi elektron məktublar əsasında 3 dəfə ləğv edilib. "Streetlife" şirkəti tərəfindən edilən konsert ləğvlərində bizim heç bir günahımız yoxdur və konsertin ləğvi tələbləri tamamilə "Streetlife" şirkətinin iradəsi və məsuliyyəti ilə edilib.
Keçirilə bilməyən bu konsertlərə görə həm bizdə, həm də Avropada yaşayan dinləyicilərimizlə böyük narazılıqlar yaşanıb və bu, konsertlərə qatılmaq üçün bilet alan və sonradan biletin ləğvi ilə üzləşən dinləyicilərimiz arasında inamın itməsinə, imicimizə xələl gətirib. Xəbərlərdə iddia edilən məsələlər reallıqdan uzaq və tamamilə əsassızdır”.
Oksana