Editor.az İnformasiya Portalının 9 yaşı tamam oldu

Editor.az İnformasiya Portalının 9 yaşı tamam oldu
MEDIA
15:33 14.12.2021
403

2012-ci ildən fəaliyyətə başlayan Editor.az İnformasiya Portalı bu gün növbəti ad gününü qeyd edir.

Editor.az-ın təsisçisi və baş redaktoru Fərid Şahbazlı bildirib ki, gərgin rəqabət şəraitində yaranan və fəaliyyətini davam etdirən portal doqquz illik zaman kəsiyində ölkənin internet media məkanında özünəməxsus yer və nüfuz qazana bilib:

"Dövlətçilik maraqlarının və jurnalistika prinsiplərinə əməl etmək ən ali amalımızdır. Doqquz yaşının tamamında Editor.az-ı hər gün dünyanın müxtəlif ölkələrindən minlərlə oxucu ziyarət edir. Çalışırıq kəmiyyətdən daha çox, keyfiyyətli xəbərə üstünlük verək. İlk gündən dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az-ın xəbərlərinə mütəmadi olaraq ölkəmizin tanınmış mətbu orqanları istinad edir. Editor.az-ın bütün sosial şəbəkələrdə hesabları mövcuddur və onlar aktiv şəkildə fəaliyyət göstərir”.

F.Şahbazlı qeyd edib ki, Editor.az 44 günlük Vətən Müharibəsi dövründə düşmənlə informasiya savaşı müstəvisində əlindən gələni etməyə çalışıb: "Vətən Müharibəsi ərəfəsində portalımızın Editor TV internet televiziyası fəaliyyətə başladı. Müharibənin getdiyi o gərgin günlərdə Editor TV tərəfindən "Youtube” platformasında rus və erməni dillərində düşmənin təxribatçı siyasətini ifşa edən onlarla materiallar hazırlandı. Bu materiallara ümumilikdə yarım milyondan artıq baxış, ciddi oxucu reaksiyaları oldu. Hazırladığımız materiallar Ermənistan mətbuatının belə gündəmini məşğul edə bildi. Düşünürük ki, 9 il ərzində fəaliyyətimizin ən mühüm və şərəfli dövrü məhz Vətən Müharibəsi dönəmi oldu”.

Baş redaktor qeyd edib ki, hazırda Editor.az beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır: "Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Pakistan, Qazaxıstan, Özbəkistandan olan həmkarlarımızla, media qurumları ilə yaxından əməkdaşlıq edirik. Zamanla əməkdaşlıqlarımızı daha da genişləndirmək və inkişaf etdirmək üçün ciddi addımlar atacağıq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO