Ədliyyə naziri Fikrət Məmmədov aprelin 29-da Zərdab rayonunda vətəndaşların qəbulunü keçirəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Zərdab, Ucar və Ağcabədi rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul saat 11:00-da Zərdab rayonundakı Heydər Əliyev Mərkəzində (Ünvan: Zərdab şəhəri, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı) keçiriləcək.
Vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (055) 726-97-26), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected]/* */ elektron poçt ünvanı vasitəsilə, eləcə də Zərdab rayonundakı Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.