"Ədliyyə sahəsində İKT-nin tətbiqi genişləndirilir "- Vəkil Roman Qaraşov açıqladı

"Ədliyyə sahəsində İKT-nin tətbiqi genişləndirilir "- Vəkil Roman Qaraşov açıqladı
SOSİAL
18:30 30.09.2019
10515
 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil Roman Qaraşov
 
Ədliyyə sahəsində İKT-nin geniş tətbiqi vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmətlərin  göstərilməsinə təkan verir.
 
Bu gün ədliyyənin əksər sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. 
Hələ ölkə başçısının 2014-cü il 13 fevral tarixli "Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” sərəncamı məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən  əhəmiyyətli sənəddir. 
 
Bu sənədin qəbul edilməsində məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi olmuşdur. 
 
Bu sistemin tətbiqi həm də vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik formada qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında operativliyin təminatına imkan yaradır, şəffaflığı maksimum dərəcədə təmin edir.
 
Məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə insanlar artıq məhkəməyə gəlmədən, elektron formada müraciət etmək imkanı əldə ediblər. 
Hər bir kəs "şəxsi elektron kabinet”ə sahib olmaqla məhkəməyə sənədləri elektron formatda ötürə, məhkəmə işinin materialları ilə ətraflı tanış ola, proseslər barədə məhkəməyə gəlmədən xəbər tuta bilərlər.
 
Eyni zamanda, sistemin məhkəmə proseslərinin audioyazılışının aparılması, elektron sənəd dövriyyəsinin təşkili, yekun məhkəmə qərarlarının elektron dərci, müxtəlif meyarlar əsasında axtarış aparılması və digər müsbət hallar, sözsüz ki, vəkillərin də işinin asan və səmərəli təşkilinə öz müsbət təsirini göstərir.
Bu gün artıq 111 məhkəmənin 60 faizi bu sistemə qoşulub, o cümlədən Məhkəmələrin Vahid Portalı, Məhkəmə Prosesi İştirakçısının Şəxsi Kabineti, Elektron İcra, Məhkəmə Qərarlarının Vahid Bazası və bir sıra alt sistemlər uğurla tətbiq olunur.
 
Cənab Prezidentin 2019-cu il 3 aprel tarixli Fərmanında elektron məhkəmə ilə respublikanın bütün ərazisinin əhatə olunmasına və sistemin bütövlükdə effektiv işləməsinin təmin olunmasına yönəlmiş tapşırıqlar verilib. Artıq həmin tapşırıqların icrası üzrə zəruri tədbirlər nəticə verməkdədir.
Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar xüsusi "Elektron notariat çantası" hazırlanıb. Elektron notariat informasiya sisteminə birbaşa çıxışı olan bu çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür. 
 
Digər yenilik elektron ədliyyə köşküdür. Yalnız Azərbaycanda mövcud olan bu köşk vasitəsilə təxirə salınmayan hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkün olacaq. Bu köşklərin sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılması nəzərdə tutulur. Bu qurğular video-əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Belə köşk artıq hava limanında quraşdırılaraq, istifadəyə verilib. 
 
Növbəti yenilik isə Azərbaycanın məhsulu olan mobil notariat qovluğudur. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir. 
 
Həmçinin dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəli təşkili məqsədilə probasiya xidməti yaradılmışdır. Azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü müəyyənləşdirilib və elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Qısa müddətdə bu cihazların ölkədə istehsalı təşkil olunub və bir il ərzində 1500 məhkuma elektron qolbaqlar tətbiq olunub. 
 
Qeyd edə bilərik ki,  Bugün Ədliyyə sahəsində istər informasiya texnologiyaları ilə bağlı istərsə də digər sahələri əhatə edən genişmiqyaslı müxtəlif layihələr çərçivəsində mübahisələrin alternativ həlli sisteminin yaradılması, vəkillik institutunun inkişafına dəstək göstərilməsi, qarşılıqlı əməkdaşlığın güclənməsi, ədliyyə və məhkəmə qurumlarının idarəetmə potensialının artırılması və sair bu kimi beynəlxalq təcrübəyə əsaslanan innovativ tədbirlər həyata keçirilməkdədir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR