"Öncə müştəri” prinsipi ilə onların istəklərini prioritet tutan Yelo Bank-dan "ƏDV Geri Al" xidmətini müştərilərin istifadəsinə verdi.
AZXEBER.COM xəbər verir ki, artıq Bankın mobil tətbiqi vasitəsilə ƏDV faizlərini geri almaq
mümkündür. Bunun üçün tətbiqdə qəbz üzərindəki QR kodu skan etmək və ya Fiskal
ID-ni əlavə etmək kifayətdir. Yığılmış ƏDV faizləri tətbiqin "ƏDV Geri
Al” kabinetində "təsdiqlənən”,
"gözləmədə” və "ləğv olunan” statusları ilə əks olunur. Təsdiqlənən vəsaiti
nağdlaşdırmaq isə edvgerial.az portalında Yelo Bank kartına köçürməklə həyata
keçirilir. Qeyd edək ki, Yelo Bank kartlarına ƏDV faizlərinin köçürülməsi
komissiyasızdır.
Ödənişləri nağdsız şəkildə aparmaq Yelo
kartla olduqca sərfəlidir. Daha çox ƏDV faizlərini geri almaqla yanaşı, Yelo
kart ilə bütün ödənişlərdən 1%-dək, seçilmiş kateqoriyalardan 5%-dək, yüzlərlə
partnyor şəbəkəsindən isə 30%-dək cashback qazanmaq mümkündür. İl sonunadək
Yelo mobil tətbiqində daha çox yeniliklərin və hazırki funksiyaların daha da
təkmilləşdirilməsi gözlənilir.
Yelo mobil tətbiqi yükləmək üçün: https://bit.ly/edv-geri-al
Bank xidmətlərihaqqında əlavə sualınız var? O
zaman 981 nömrəsinə zəng edin və ya Facebook,Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!