ƏDV-ni “Kabinetim”də topla!

ƏDV-ni “Kabinetim”də topla!
İQTİSADİYYAT
15:59 17.02.2022
640
Azercell-in "Kabinetim” tətbiqində "ƏDV Geri Al” xidmətindən istifadə mümkün oldu

Abunəçilərinin rahatlığı üçün daha geniş imkanlar yaradan Azercell "Kabinetim” mobil tətbiqi vasitəsilə Azərbaycan telekom bazarında növbəti ilkə imza atdı! Belə ki, "Kabinetim” tətbiqinin istifadəçiləri artıq bu platformada "ƏDV Geri Al” xidmətindən də istifadə edə bilərlər.

"ƏDV Geri Al” xidməti "Kabinetim” tətbiqinin kənar menyusunda yer alır. Xidmətdən istifadə üçün hansısa xüsusi səhifəyə daxil olmağa ehtiyac yoxdur. İstifadəçilər sadəcə "Əlavələr” menyusundan QR düyməsinə sürətli çıxış əldə edərək alış-veriş qəbzlərini skan edib ƏDV-ni geri ala bilərlər.

"Kabinetim”in təqdim etdiyi bu yeniliyin əsas özəlliyi ondan ibarətdir ki, "Kabinetim” istifadəçiləri yeni xidmət sayəsində ƏDV balansını dərhal Azercell nömrəsinin balansına köçürməklə, bu mobil tətbiqin təklif etdiyi bütün ödənişli xidmətlərindən yararlana bilərlər.

Azercell şirkəti "ƏDV Geri Al” xidmətini ABB ilə birgə layihə çərçivəsində reallaşdırır. Tətbiq daxilində bu xidmətlə bağlı məlumatlandırma ani ekran (push) bildirişləri şəklində həyata keçirilir. "Kabinetim” istifadəçiləri həm də mobil tətbiqin onlayn çat bölməsində "ƏDV Geri Al” xidməti ilə bağlı bütün suallara cavab əldə edə biləcəklər.

"ƏDV Geri Al” xidməti Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizinin geri qaytarılması layihəsidir.

Xatırladaq ki, bağlantını asanlaşdırmaqla abunəçilərinin həyatını daha da dolğun etməyi hədəfləyən Azercell "Kabinetim” xidməti üzərindən abunəçilərinə 24 saat ərzində nömrəyə onlayn nəzarət etmək imkanını yaradır. Azərbaycan, rus və ingilis dillərini

dəstəkləyən "Kabinetim” tətbiqi vasitəsilə balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək, onlayn çatda müştəri xidmətləri ilə dərhal əlaqə saxlamaq mümkündür. "Kabinetim” üzərindən Bookmate onlayn kitabxanasına, xarici dillər öyrənmək üçün Busuu proqramına, 200-dən çox kanala abunəlik verən NNTV, dünya üzrə 50 milyondan çox musiqi və minlərlə podkast bazası olan SberZvuk və digər tətbiqlərə qoşulmaq olar.

Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir