UEFA prezidenti Aleksander Çeferin Superliqaya qarşı mövqeyini bir daha sərt şəkildə ifadə edib.
AZXEBER.COM "Mundo Deportivo”ya istinadən xəbər verir ki, sloveniyalı funksioner Avropa Futbol Klubları Birliyinin (EFC) toplantısında çıxış edərək deyib:
"Heç vaxt yalnız 12 klubun qatılacağı turnir təşkil etməyəcəyik. Futbol inklüziv olmalıdır ki, hər bir komanda ən böyük yarışlarda qalib gəlmək şansına sahib olsun”.
Çeferin əlavə edib ki, Avropa futbolu müharibələrə, böhranlara və iqtisadi çətinliklərə baxmayaraq daha da güclənib və birləşdirici rolunu qoruyur.
Qeyd edək ki, EFC 2008-ci ildə ECA (European Club Association) adı ilə yaradılıb və hazırda 55 ölkədən 800-ə yaxın klubu birləşdirir.