Efiopiyanın Baş naziri: Dostlarınızın hamısı Sizinlə qürur duyur

Efiopiyanın Baş naziri: Dostlarınızın hamısı Sizinlə qürur duyur
SİYASƏT
15:34 27.02.2026
362
"Gözəl ölkənizdə olmaqdan məmnunam və şərəf hissi duyuram".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü zamanı Abiy Əhməd Əli deyib.

"Bakı gözlədiyimdən qat-qat təmiz və gözəl şəhərdir. Bu isə ölkə rəhbərliyinin buna sadiqliyini və yanaşmasını göstərir. Bu, məni çox sevindirir. Həmçinin Sizi təbrik etmək istərdim ki, dostlarınızın hamısı Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər. Gözəl ölkənizlə münasibətlərimiz, qeyd etdiyiniz kimi, hələ sadəcə başlayır. Bununla belə, biz bu münasibətlərin strukturlaşmış, əməli və aydın nəticələrə yönəlmiş olmasını istəyirik.

İki ölkə arasında çoxlu ortaq maraqlar var. İkimiz arasında, həmçinin çox uzlaşma mövcuddur. İndicə başladığımızla yanaşı, ümid edirəm ki, növbəti bir neçə ildə bizim birlikdə sərmayə yatıracağımız vacib sahələr olacaq və beləliklə, hər iki ölkə üçün fərq yaradacağıq", - bildirib.
OXŞAR XƏBƏRLƏR