Efiopiyada üsyançılar 100-dən çox mülki şəxsi öldürüb

Efiopiyada üsyançılar 100-dən çox mülki şəxsi öldürüb
DÜNYA
22:33 08.09.2021
1135
Efiopiyanın Amhara bölgəsindəki Tiqray Xalq Qurtuluş Cəbhəsi 100-dən çox mülki şəxsi qətlə yetirib.

AZXEBER.COM "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Fana" radiostansiyası məlumat yayıb.

Üsyançıların uşaqlar və qocalar da daxil olmaqla 100-dən çox mülki şəxsi öldürdüyü qeyd olunur.

Qeyd edək ki, Tiqray əyalətini idarə edən üsyançılar 2020-ci ilin noyabrında Efiopiyanın şimalına hücum etdikdən sonra baş nazir Abiy Əhməd onlara qarşı hərbi hərəkat qərarı verib. Tərəflər arasında döyüşlər zamanı bir milyondan çox adam yerindən-yurdundan olub. Qarşıdurmalar hələ davam edir.
OXŞAR XƏBƏRLƏR