Efirdə ağlayan aparıcı danışdı - VİDEO

DÜNYA
20:00 16.01.2014
1626

"Rejissorla mübahisəmiz etdiyimiz üçün bir anlıq özümü saxlaya bilmədim"

Bir necə gün öncə Türkiyədə NTV kanalında canlı yayım zamanı ağlayan aparıcı bu barədə ilk dəfə danışıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, idman xəbərlərinin aparıcısı olan Tuğba Dural efirdə ağlamasının səbəblərini açıqlayıb.O, yayımdan bir necə dəqiqə öncə rejissorla mübahisə etdiyini deyib."Mən bir az həssasam. Bu mübahisədən bir dəqiqiə sonra efirə çıxdım və mübahisənin təsiri hiss edildi. Bir anda özümü saxlaya bilmədim. Sözləşdiyim rejissor çox sevdiyim bir insandır. Amma həmin gün o da, mən də çox gərgin idik".
 

OXŞAR XƏBƏRLƏR