"Efirdə elə müğənnilər görürəm ki, televiziya gözümdən düşür" - VİDEO

"Efirdə elə müğənnilər görürəm ki, televiziya gözümdən düşür" - VİDEO
MAQAZİN
10:39 20.02.2026
207
Əməkdar artist Elnarə Abdullayeva çıxışı ilə diqqət çəkib.
 
AZXEBER.COM xəbər verir ki, "Tarixin bir günü" verilişində qonaq olan əməkdar artist "TikTok" müğənnilərindən danışıb.
 
O, belə müğənnilərin televziya verilişlərinə dəvət almasını doğru hesab etmədiyini deyib:
 
"Uzun zamandır efirlərə çıxmıram. Hər zaman da demişəm ki, müəyyən söhbətlər var ki, onları efirdə danışmaq düzgün deyil. İnsanlar bilib-bilmədən ittiham etməyi, yalan danışmağı sevirlər. "TikTok"dakı müğənnilərin heç birini şəxsən tanımıram, münasibətim də yoxdur. Ona görə adlarını da çəkmirəm. Amma onları efirdə görəndə bu günə qədər çəkdiyim əziyyətə, əzaba, sənət üçün etdiklərimə heyifim gəlir. Belə şeylərə görə televiziyalar gözümdən düşür.
 
İllərlə sənət üçün çalışdım, məşqlər etdik, səhər 8- də Dövlət Televiziyasının efirində çıxış edirdik. Televiziyaya çıxmaq sənətdir, mədəniyyətdir, tərbiyyədir. Burada hər insanın əyləşməyi düzgün olmadığı üçün, xalqın bu qədər əsəbi var onlara qarşı".
 
Aysel

OXŞAR XƏBƏRLƏR