“Efirdə qarnını qaşıyır, burnunu qurdalayır” - Tanınmış jurnalist

“Efirdə qarnını qaşıyır, burnunu qurdalayır” - Tanınmış jurnalist
MEDIA
22:36 14.05.2018
9917
Tanınmış jurnalist Seymur Verdizadə bu gün Space TV-də efirə gedən "Yerimdəyəm” verilişinin qonağı olub. Əməkdar artist Çingiz Əhmədovun təqdim etdiyi veriliş şok açıqlamalarla gündəmə öz möhrünü vurub.

Telekanallarda efir mədəniyyətinin müzakirə olunduğu verilişdə tənqidi fikirlər səsləndirilib. Jurnalist Seymur Verdizadə deyib ki, təsadüfi adamların efirə yol tapması telekanalların nüfuzunu aşağı salıb: "Şəxsən məm sarımsaq, soğan yeyib efirə gələn adamlar görmüşəm. Bir dəfə efirə çıxan şəxs elə bilir ki, Azərbaycanda ondan ağıllı adam yoxdur. Halbuki belə deyil. Azərbaycanda məndən yüz dəfə yaxşı jurnalist var. Azərbaycanmda Aşıq Namiqdən, Aşıq Mübarizdən iki yüz dəfə yaxşı aşıq var. Bizim ölkəmizdə Elariz Məmmədoğludan üç yüz dəfə yaxşı müğənni var. Tale elə gətirib ki, biz digər həmkarlarımızla müqayisədə efirə daha çox çıxırıq. Ona görə yox ki, hamıdamn ağıllıyıq. Həm də ona görə ki, ağıllı adamların daha vacib işləri var. Efirə tez-tez çıxmağımız, populyar olmağımız bizdə arxayınçılıq yaratmamalıdır. Əksinə, bu, bizim məsuliyyətimizi daha da artırmalıdır. Başa düşməliyik ki, ekran qarşısında əyləşən şəxslərin arasında bizdən yüz dəfə ağıllı, savadlı adamlar var”.

S.Verdizadə deyib ki, televiziya aparıcıları dostbazlıq, qohumbazlıq edir, şəxsi münasibətləri əsas götürərək öz verilişlərinə savadsız, səviyyəsiz adamları dəvət edirlər: "Adam var ki, efirdə ayağını ayağının üstünə aşırıb oturur. Adam var ki, efirdə qarnını qaşıyır, burnunu qurdalayır. Əgər sən bir saat özünü idarə edə bilmirsənsə, efirdə nə işin var? Xaçmazda çiyələyin bir kiloqramı 4 manatdır. Get, çiyələk ək, kartof becər”.

Jurnalist bildirib ki, savadsız, səviyyəsiz adamlar efirdə xalqa dərs keçməkdən çəkinmirlər. S.Verdizadə deyib ki, ən böyük mədəniyyət insanın susmağı bacarmasıdır.: "Özünü ekspert hesab edən adamların çoxu müzakirə olunan mövzu barədə məlumatsız olurlar. Amma buna baxmayaraq, dil-boğaza qoymur, təkcə ağıllarına deyil, həm də ağızalarına gələni danışırlar. Efiri bu adamların üzünə qapatmaq lazımdır. Hər kəs öz işi ilə məşğul olmalıdır”.

Verilişin digər qonağı, Aşıq Əhliman jurnalistlə həmrəy olduğunu deyib. Aşıq Əhliman qeyd edib ki, Azərbaycan tamaşaçısı ağıllıdır, savadlıdır. Onu aldatmaq istətyən şəxslər özlərini gülünc vəziyyətdə qoyurlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib