"Xalq ulduzu” müsabiqəsinin 6-cı mövsümünün qalibi Mehman Elmanoğlu yeni açıqlaması ilə gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, xanəndə səsinin batdığını bildirib.
Bəzi xanım həmkarları ilə bağlı qalmaqallı çıxışından sonra bu halla rastlaşdığını deyən müğənni sənət dostlarına səslənib:
"İki, üç gündür ki, səsim batıb, rahat danışa bilmirəm. Təəssüf ki, məclislərə də gedə bilmirəm. Niyə batdığını isə bilmirəm. Səs batması bir müğənni üçün təhlükəli haldır. Bu yaxınlarda dəyərli dostum Nəfəs də səsinin batdığını açıqlamışdı. Mənə nə oldusa, verilişdə səsləndirdiyim o fikirlərdən sonra oldu. Məni sevən də var, sevməyən də var. Son dəfə cənub bölgəsində toyda olmuşam, orada da bunu edəcək şübhələndiyim adam yoxdur. Amma sənətlə bağlı mənimlə o qədər rəqabətdə olan var ki, çayıma nəsə ata da bilərlər. Allah köməyimiz olsun, çünki bizim çörəyimiz səsimizdən çıxır. Nə qədər tez sağalsam, o qədər yaxşıdır. Bütün sənət dostlarıma da məsləhət görürəm ki, özlərini qorusunlar, ehtiyyatlı olsunlar".
Xatırladaq ki, Mehman Elmanoğlu qonaq olduğu "Xəzər axşamı" verilişində səsləndirdiyi "Trenddə olan müğənniləri dəvət edirəm, gəlsinlər bura, birlikdə canlı oxuyaq. Onlar oxuya bilmirlər, sadəcə olaraq millətin zövqünü korlayırlar. Bizim kimi yaxşı ifaçılar da qalır kənarda. Bir aparıcı var, onun verilişinə çıxmaq istədim. O mənə elə bir məbləğ dedi ki... Düşünmüşdüm ki, nəysə bir hədiyyə alıb verərəm, amma o təkid etdi ki, bu məbləği ödəməlisən. Onda ona sual verirəm ki, bəs niyə dili pəltək olan, sözləri düz tələffüz etməyən müğənnini efirinizə dəvət edirsiniz?" fikirləri ilə gündəmə gəlmişdi.
Aysel
@azxeber.com Gənc müğənni Mehman Elmanoğlunun səsi batdı
♬ orijinal ses - Azxeber Media