Efirdə Xoşqədəm Hidayətqızını pərt etdilər

MAQAZİN
12:05 24.06.2013
11837
Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramının qonağı olan tanınmış gitaraçı Rəmiş aparıcını efirdə pərt edib.
Publika.Az-ın məlumatına görə, o, Rəmişə qızları ilə barışmağı təklif edib. Hətta onların televiziyaya gələcəyini və efirdə ataları ilə barışacaqlarını deyib.
Bundan sonra Rəmiş qəzəblənib:
“Qızlarımın efirdə nə işi var, evimin qapısını tanıyırlar, gəlsinlər sözlərini desinlər. Buna qəti şəkildə etiraz edirəm. Mənim namusum da, ailəm də hər kəsə məlumdur”.

OXŞAR XƏBƏRLƏR