Efirə plakatla çıxan jurnalistin harada olduğu məlum deyil

Efirə plakatla çıxan jurnalistin harada olduğu məlum deyil
DÜNYA
14:15 15.03.2022
486
Rusiyanın birinci kanalının canlı efirində müharibə əleyhinə plakat qaldıran Marina Ovsyannikovanın harada olduğu məlum deyil.
 
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Marina Ovsyannikovaya qarşı istintaqdan əvvəl yoxlama başladılıb.
 
Marina Ovsyannikovaya qarşı inzibati iş başlayıb.
 
Xatırladaq ki, daha əvvəl İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi ilə Marina Ovsyannikovanın Rusiya silahlı qüvvələrini nüfuzdan salmasına görə saxlanıldığı bildirilmişdi.
 
"OVD-İnfo”nun məlumatına görə, Ovsyannikovanın saxlandığı andan indiyə qədər onun harada olduğu məlum deyil.
OXŞAR XƏBƏRLƏR