"Efirləri sponsorları olanlar ələ keçirib" - Əməkdar artist

"Efirləri sponsorları olanlar ələ keçirib" - Əməkdar artist
MAQAZİN
10:52 05.11.2025
179
"Efirlərə baxmaq mümkün deyil. Nə qədər eyni insanların üzünü görmək olar?"
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Rihəngiz Musəvi "Öz aramızda" verilişində deyib.
 
Televiziya verilişlərindən gileylənən sənətçi bəzi müğənnilərə etirazını bildirib:
 
"Mənim reklama ehtiyacım yoxdur. Ruhəngiz Musəvi tarixdə qalan müğənnidir. İndi efirlərə baxmaq mümkün deyil. Nə qədər eyni insanların üzünü görmək olar? Onlar sənəti sevdikləri üçün yox, orasını-burasını göstərmək üçün efirə gəlirlər. Səsləri də yoxdur, bir sponsor tapır, fonaqram oxuyub müğənniolur. Sonra da heç kəsi bəyənmirlər. Sənətimiz batıb-gedir".
 
Aysel
OXŞAR XƏBƏRLƏR