Əflatun Amaşov: "Bu, heç bir halda mətbuata təzyiq kimi dəyərləndirilə bilməz"

Əflatun Amaşov: "Bu, heç bir halda mətbuata təzyiq kimi dəyərləndirilə bilməz"
MEDIA
14:52 03.12.2016
1401

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən "Bizim dövr" qəzetinin adı ilə vətəndaşları şantaj edən dəstə üzvlərinin zərərsizləşdirilməsi heç bir halda mətbuata təzyiq kimi dəyərləndirilə bilməz.

Bunu Trend-ə Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, "Bizim dövr" qəzetinin adı müxtəlif vaxtlarda MŞ-nın "Qara siyahı"sında olsa da, bir müddətdən sonra çıxarılıb. Ancaq MŞ-ya yenidən daxil olan şikayətlər əsasında, "Bizim dövr" qəzetinin adı yenidən qurumun "Qara siyahı"sına daxil edilib.

Ə.Amaşov qeyd edib ki, Şuranın "Qara siyahı"sına bu vaxtadək 70-dən çox kütləvi informasiya vasitəsinin adı daxil edilib. Siyahı MŞ-ya daxil olan şikayətlər əsasında tərtib edilib.

Şura sədrinin sözlərinə görə, "Qara siyahı"ya düşən KİV-lərin bəziləri adları siyahıya salındıqdan sonra fəaliyyətini dayandırıb, bəziləri isə bu gün də fəaliyyətini davam etdirir:

"Şuranın "Qara siyahı"sına düşən KİV-lər mütəmadi olaraq, peşə-davranış qaydalarının tələblərinə əməl etməyən, KİV haqqında qanunvericiliyin tələblərini pozan, ayrı-ayrı insanların şərəf və ləyaqətini alçaldan, ailə həyatına müdaxilə edən və reket adlandırılan mətbuat orqanlarıdır. Çox təqdirəlayiq haldır ki, DTX-nin həyata keçirdiyi əməliyyat nəticəsində reket jurnalistlər saxlanılıb. Belə halların qarşısı hər zaman alınmalıdır".

Şura sədri əlavə edib ki, reket jurnalistika ilə məşğul olanlar əsasən, onlayn saytlardır.

Reket jurnalistika ilə mübarizənin yalnız MŞ-nın işi olmadığını deyən Ə.Amaşov qeyd edib ki, onlara qarşı mübarizə tədbirləri məhz hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilməlidir:

"Hüquq-mühafizə orqanları bu sahə ilə bağlı çox çiddi ölçülər götürməlidirlər. Çünki bu sahə ilə məşğul olanlar jurnalistika ilə heç bir əlaqəsi olmayan insanlardır. Belə hadisələri törədən şəxslərlə bağlı jurnalistika müstəvisində deyil, cinayət əməlləri müstəvisində hərəkət etmək daha qanunauyğundur".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
20:46 27.06.2026
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video