Əflatun Amaşov: "Münaqişə zonalarında jurnalistlərin fəaliyyəti yüksək qiymətləndirilməlidir"

Əflatun Amaşov: "Münaqişə zonalarında jurnalistlərin fəaliyyəti yüksək qiymətləndirilməlidir"
MEDIA
14:41 13.09.2019
6035

Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı "Müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri" mövzusunda plenar iclasla işini davam etdirib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mövzu ətrafında fikirlərini bölüşüb.

O qeyd edib ki, münaqişə zonalarında jurnalistlərin fəaliyyəti olduqca yüksək qiymətləndirilməlidir:

"Həmin jurnalistlər müntəzəm olaraq peşəkar təlimlərə cəlb olunmalı, münaqişə zonasında qarşılaşa biləcək vəziyyətlərə əvvəlcədən hazırlıqlı olmalıdırlar. Eyni zamanda, bu çətin şəraitə baxmayaraq dəqiq və obyektiv informasiyaların ötürülməsinin təmin edilməsi əsas şərtlərdən biri kimi qiymətləndirilir".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu mövzu ətrafında fikirlərini bölüşüb. Bildirib ki, YUNESKO-nun məlumatına görə, 1993-cü ildən indiyədək 1354 jurnalist qətlə yetirilib: "Təkcə 2018-ci ildə "Sərhədsiz Reportyorlar Təşkilatı"nın hesabatına görə, dünyada 80 jurnalist peşə fəaliyyətinə görə öldürülüb. 2018-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkələr kimi qeydə alınan Əfqanıstan, Suriya, Hindistan, Meksika və Yəmən oldu. Bu gün vəziyyətin heç də yaxşılaşmadığını deyə bilərik. 2019-cu ildə təxminən 35 jurnalist həlak olub".

Hindistan Mətbuat Şurasının üzvü Çhakanda Nayak, "Sərhədsiz sərhədlər" təşkilatının prezidenti Kais Cumaa Abdul Rahem və "Azəri Defence" jurnalının baş redaktoru Rəşad Süleymanov çıxışlarında bildiriblər ki, jurnalistlərin peşə vəzifələri üçün yaranmış təhlükə, onların həbsi və öldürülməsi dünya mediasının ən ağrılı tərəfidir. Digər tərəfdən, müasir qloballaşan dünyada, sosial media və rəqəmsal jurnalistika öz müsbət xüsusiyyətləri ilə yanaşı, yeni təhlükəli təmayüllərin, qarşıdurmaların vüsət almasına şərait yaradıb. Bu, jurnalistlərə qarşı yeni təhlükə mənbələrinin yaranması, təhdid və qətllərin motivinin dəyişməsi ilə müşayiət olunur.

 

Qeyd edilib ki, münaqişələr haqqında obyektiv məlumatların yayılması prosesini dəstəkləmək üçün vahid platforma yaratmağın böyük əhəmiyyəti var. Obyektiv və qərəzsiz informasiyanın birgə dəstəklənməsi münaqişələrin həlli, təhlükəli tendensiyaların qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması baxımından unkial bir imkandır.

Tədbir müzakirələrlə davam edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb