Əfqan Muxtarlı ilə bağlı daha bir - Açıqlama

Əfqan Muxtarlı ilə bağlı daha bir - Açıqlama
SOSİAL
21:38 23.09.2019
8390
Penitensiar Xidmət jurnalist Əfqan Muxtarlının Cəzaçəkmə Müəssisəsində aclıq aksiya keçirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

AZXEBER.COM-un məlumatına görə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov  APA-ya açıqlamasında bildirib ki, Əfqan Muxtarlı dünən 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə aclıq aksiyasına başlaması ilə əlaqədar rəsmi məlumat verib: "O, bu gündən aclığa başlayıb. Əfqan Muxtarlı digər məhkumlardan təcrid edilib. Hal-hazırda səhhətində problem yoxdur. Həkim nəzarətindədir”.

Qeyd edək ki, Ə.Muxtarlı onunla görüşə gələn vəkil Nemət Kərimlinin Cəzaçəkmə Müəssisəsində kobud davranışla üzləşdiyini iddia edərək aclığa başladığını bəyan edib. 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da hadisəyə münasibət bildirib. O, "facebook” səhifəsində Penitensiar Xidmətin rəhbərliyi ilə məsələni müzakirə etdiyini yazıb: "Bu gün bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasına gələrək 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlının vəkilinə sözügedən həbsxanada təzyiq göstərildiyini iddia ediblər. Onlar bu halı jurnalistin müdafiə olunmasına maneçilik kimi dəyərləndiriblər. Azərbaycan Mətbuat Şurası olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi ilə əlaqə saxladıq, müzakirə apardıq. Məsələ Pentensiar Xidmətin diqqətindədir. Bununla əlaqədar araşdırma aparılır, əsl həqiqətlər üzə çıxarılacaq. Belə bir hadisə baş veribsə, müvafiq ölçü götürüləcəkdir”. 

Xatırladaq ki, Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.

Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, səhər saatlarında Mehman Sadıqov sentyabrın 22-dək Ə.Muxtarlının adından cəzaçəkmə müəssisəsi və PX-nın rəhbərliyinə aclıq aksiyası keçirməsi ilə bağlı müraciət daxil olmadığını bildirmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb