Əfqan qadınlar "Taliban"ın onların başına gətirdiyi müsibətlərdən danışdı

Əfqan qadınlar "Taliban"ın onların başına gətirdiyi müsibətlərdən danışdı
DÜNYA
15:11 19.08.2021
4229
Qadınlar Talibanla bağlı qan donduran fikirlər səsləndirdi: "Qızı dəfələrlə zorladılar, aylar sonra hamilə olaraq geri gətirdilər”.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Taliban Əfqanıstanı ələ keçirdikdən sonra təşkilatın əvvəlki hərəkətləri də üzə çıxıb.
 
Əfqanıstanlı qadınlar Talibanın qadınlara qarşı qeyri-insani davranışlarından danışıblar.
 
Farzane adlı bir qadın qonşu qızlarının "Taliban" üzvləri tərəfindən qaçırıldığı və aylar sonra hamilə olaraq geri gətirildiyini söyləyib: "Taliban gələndə 15 yaşım var idi. Bir gecə həyətdə oturmuşduq. Qonşumuzun evindən maşın səsləri, daha sonra qadın qışqırtıları səsi gəldi. Sabahı gün öyrəndik ki, evin gənc qızını götürüb aparıblar. Aylar sonra qızı hamilə halda gətirərək evinə qoydular. Qız deyirdi ki, onu zindana aparıblar və gecə-gündüz fərqli kişilər tərəfindən təavüzə məruz qalıb. Ən kiçik bir ani hərəkətdən diksinirdi. Mən və digər bacılarım da eyni hadisəni yaşaya bilərdik. Bu səbəbdən atam digər uşaqlarına dəyməsinlər deyə bir bacımı "Taliban"a vermək məcburiyyətində qaldı”.
 
90-cı illərdə qəddar davranışları ilə tanınan təşkilat qadınları ictimai həyata daxil edəcəyini açıqlasa da, əfqan qadınlar keçmişdə başlarına gələnləri unutmadıqlarını söyləyirlər.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR