Əfqanıstan Pakistana qarşı hərbi əməliyyatları dayandırdı
DÜNYA
21:09 18.03.2026
123
Əfqanıstan Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin tələbi ilə Pakistana qarşı hərbi əməliyyatları müvəqqəti olaraq dayandırır.
Bu barədə Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid deyib.
O, açıqlamasında bildirib ki, "Əfqanıstan İslam Əmirliyinin təhlükəsizlik və müdafiə qüvvələri qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar və Səudiyyə Ərəbistanı Krallığı, Qətər və Türkiyə kimi vasitəçi ölkələrin tələbinə cavab olaraq "ədalətsizliyə qarşı mübarizə" məqsədilə müdafiə əməliyyatlarının müvəqqəti dayandırılmasını elan edir".